"Neftçi"ylə oyunda "Bakı"ya kömək edə bilməyən Rauf Əliyev və Namiq Ələsgərov Premyer Liqanın 30-cu turu çərçivəsində "Xəzər Lənkəran"la qarşılaşmada meydana çıxa bilərlər.
İdmanxeber.com-un məlumatına görə, zədə səbəbindən dünənki oyunu buraxmalı olan futbolçuların Cənub klubu ilə oyunda meydana çıxıb-çıxmayacağı oyun günü bəlli olacaq. Lakin həm Raufun, həm də Namiqin zədəsinin "Xəzər Lənkəran"la oyuna kimi sağalması gözlənilir. Hər iki futbolçu böyük ehtimalla bu matçda "Bakı"ya kömək edə biləcəklər.
Qeyd edək ki, cəzalı durumda olduğuna görə, Vüqar Mustafayev "Xəzər Lənkəran"la oyunda meydana çıxa bilməyəcək.