18 Fevral 2025
Kateqoriyasız

“Xəzər Lənkəran”la oyun öncəsi hər şey qaydasında

Azərbaycan Premyer Liqasının 2014/15 mövsümünün ilk turunda  “Xəzər Lənkəran”ı qəbul edəcək AZAL hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, gündə bir dəfə olmaqla məşq edən komandada yüksək ab-hava hiss olunmaqdadır. Futbolçular baş məşqçi Tərlan Əhmədovun tapşırıqlarını səylə yerinə yetirir. Hazırlıq daha çox taktiki-texniki yöndə olur. Məşqdə müxtəlif ev tapşırıqları, kombinasiyalar, ani gedişlər üzərində iş gedir.

Qeyd edək ki, hazırda AZAL-ın heyətində zədəli futbolçu yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43