Ölkə futbolu

“Xəzər Lənkəran”la oyun öncəsi “İnter”də böyük itki: biri getdi, biri gəldi

“Bakı” üzərində möhtəşəm oyunlda böyükhesablı qələbə qazanan (4:0) “İnter” 32-ci turda qarşılaşacağı “Xəzər Lənkəran”la oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “bankirlər” Cənub klubu ilə oyuna Brüs Abdulayesiz çıxacaq. Buna səbəb fransalı müdafiəçinin “zolaqlılar”la dünənki oyunda sarı kart alaraq, cəzalı duruma düşməsidi. 

Zədəlilər Ruslan Əmircanov və Laşa Salukvadze isə fərdi qaydada məşq edirlər. Əmircanovun “Xəzər Lənkəran”la oyunda meydana çıxması real görünməsə də, rusiyalı müdafiəçi “ağ-yaşıllar”la oyunda Sxadadzenin sərəncamında olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43