“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının üçüncü turu çərçivəsində keçiriləcək “Xəzər Lənkəran”la oyunu buraxa bilər. Buna səbəb futbolçunun zədəsi olmasıdır.
Belə ki, əvvəlcədən boynunda zədəsi olan və bu səbəbdən Malta ilə oyunda ehtiyatda qalan Sadıqov ikinci hissədə meydana daxil olub və zədəsini yeniləyib.
Əgər həkimlər müdafiəçini “Xəzər Lənkəran”la oyuna kimi sağalda bilməsə, bu “Qarabağ” üçün çox böyük itki olacaq.