Premyer Liqa

“Xəzər Lənkəran”la oyun öncəsi “Qarabağ”da böyük itki

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının üçüncü turu çərçivəsində keçiriləcək “Xəzər Lənkəran”la oyunu buraxa bilər. Buna səbəb futbolçunun zədəsi olmasıdır.

Belə ki, əvvəlcədən boynunda zədəsi olan və bu səbəbdən Malta ilə oyunda ehtiyatda qalan Sadıqov ikinci hissədə meydana daxil olub və zədəsini yeniləyib.

Əgər həkimlər müdafiəçini “Xəzər Lənkəran”la oyuna kimi sağalda bilməsə, bu “Qarabağ” üçün çox böyük itki olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43