Premyer Liqanın XI turunda "Xəzər Lənkəran"la qarşılaşacaq olan “Qarabağ”da ciddi itki üz verib.
Komandanın 21 yaşlı müdafiəçisi Qara Qarayev zədələnib. "Sumqayıt"la oyunda ayağı burxulan futbolçunun 1-2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.