Premyer Liqanın 18-ci turunda sabah səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq "Sumqayıt" ciddi itki ilə üzləşib.
Belə ki, komandanın futbolçusu Aleksandr Çertoqanov belində yaranan ağrılar səbəbindən düşərgəni tərk edib. Həkimlər futbolçuya müalicə yazıblar.
Onun sabahkı oyunda oynamayacağı dəqiqdir.