26 Fevral 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”lı azarkeşlərin “Böyük oyun” üçün A planı

Avqustun 25-də Lənkəranda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” oyununa 3 gün qalsa da oyuna maraq olduqca böyükdü.

İdmanxeber.com-un məlumatına görə, cənublu fanatlar sözügedən qarşılaşmaya sözün əsl mənasında ciddi hazırlaşırlar. Ölkə kubokunun finalında baş vermiş qalmaqalları unutmayan “Xəzər Lənkəran”lı azarkeşlərin “Böyük oyun”dakı “A” planı məlum olub. İlk növbədə “ağ-yaşıl”lıların fanatları kubokun finalında qalmaqala səbəb olmuş Saşa Stamenkoviç və Mahir Şükürovu hədəfə alıblar. 

Sözügedən hadisələrin baş verməməsi üçün təhlükəsizlik xidmətinin əməkdaşları daha diqqətli olmalıdır.

Hər iki klubun mətbuat xidməti ilə əlaqə saxladıq və hər iki tərəf belə şeylərin baş verəcəyinə inanmadıqlarını, “Böyük oyun”a yaraşan dərəcədə matçın keçəcəyinə ümid etdiklərini bildirdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43