Müsahibə

“Xəzər Lənkəran”lı azarkeşlərin sevimlisi: “Sən niyə hər şeyi yozursan?” MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlının İdmanxəbər.com-a müsahibəsi.

– Orxan hər kəs sizdən "Simurq"la oyunda qələbə gözləyirdi. Ancaq yenə 3 xal gəlmədi…

Qələbə qazana bilməməyimiz pis oldu. Ancaq "Simurq"dan da yaxşı oynadıq. Sadəcə qələbə qazana bilmədik.

– Bu il 10 illiyini qeyd edən klubdan azarkeşlər nəticə gözləyir. Ancaq göstərilən oyun və bu iki oyunda qeydə alınan nəticə bunu əks etdirmir.

Düzdü, azarkeşlərimizə qələbə sevinci yaşada bilmirik. Onlar bu nəticələrə layiq deyillər. Bizdə oyunçu çatışmamazlığı var. İnşallah yeni transferlər olar və biz də qələbə qazanacağıq. 

– Belə çıxır ki, cənublu fanatlar qarşıdakı – "Qarabağ"la oyunda da sizdən qələbə gözləməsinlər. Çünki yeni transferlər hələ yoxdu…

Yox, elə çıxmasın. Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Bu dəfə də kişi kimi vuruşmaq üçün çıxacağıq. Əgər vuruşursansa o zaman qələbə də olur.

– Belə çıxır ki, siz geridə qalan iki turdas vuruşmamısız ki, qələbə də qazana bilməmisiz…

Sən niyə hər şeyi yozursan? Vuruşmasaydıq heç o bir xalları da qazana bilməzdik.

– Mən yozmuram, sənin dediklərindən belə çıxır. Sizin qələbə qazanmalı olduğunuz oyunlar idi "Sumqayıt" və "Simurq"la matçlar. Ancaq siz hər iki matçda yalnız 2 xal qazana bildiz. 

Keçə il də belə oldu. Biz "Simurq"a uduzduq, "Sumqayıt"la heç-heçə etdik. Ancaq "Neftçi", "Qarabağ" və "Bakı"nı sonra uda bildik. Bizə bir az zaman lazımdı.

– Zaman lazımdı deyirsən. Fikirləşmirsən ki, bu zaman ərzində itirdiyiniz xallar mövsümün sonunda sizi məyus edə bilər?

Düzdü hər oyun vacibdi. Bizə sadəcə bir dönüş nöqtəsi lazımdı və o olacaq da.

– "Simurq"la oyundan əvvəl and içmişdiz…

Hə, and içmişdik. Ancaq mən çıxıb qol vuran deyiləm ki?

Səxavət Qurbanov

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43