27 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”lı azarkeşlərin sevmədiyi futbolçu: “Toşak mənim üstümə qışqırdı”

“Super Kubokdakı məğlubiyyətdən sonra bu komandaya qalib gələcəyimizə söz vermişdik. Ona görə də bu qələbəni rəhbərliyə həsr edirik”.

Bu sözləri “Neftçi”nin futbolçusu Mahir Şükürov “Xəzər Lənkəran” üzərindəki qələbədən sonra deyib.

Təcrübəli futbolçu XL-in çalışdırıcısı Toşakın onları əsəbləşdirdiyi epizodla bağlı bunları dedi:

Toşak baş məşqçidi və özünü necə aparmaq lazım olduğunu yaxşı bilməlidi. Əgər rəqibə qarşı kobud oynamışamsa, buna görə futbolçudan üzr istəyə bilərəm. Yoxsa buna baş məşqçi niyə qarışır ki? Həmin epizodda Toşak mənim üstümə qışqırdı. Bunu nəyə görə etməlidi ki?”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43