Dünənki "Böyük oyun"dan sonra düşən qalmaqaldan sonra hər iki klubun azarkeşləri sosial şəbəkələrdə ardı-arası kəsilməyən statuslar yazırlar.
Bu gün isə bir status diqqətimizi çəkdi. "Xəzər Lənkəran"ın Fərid Mirzəzadə adına olan bir fanatı "facebook"da yazdığı statusla hər kəsi kövrəldib. İbrətamiz statusu sizə olduğu kimi təqdim edirik.
"Fikirləşirəm indi, bu nə düşmənçilikdi yarnıb indi? İçimdə "Neftçi"yə qarşı düşmənçilik var və bunu bir qərağ atmaq lazımdı. "Xəzər Lənkəran" azarkeşiyəm və sonuna kimi belə olacam. Amma öz millətimə, istəyir "Neftçi"li, itərsə də "Qarabağ"lı olsun necə əl qaldır bilərəm? Lənət olsun içimdəki nifrətə. İndi nə vaxta kimsə öləcək azarkşlərdən, onda neyləyəcəm? Mən vicdan əzabı çəkərəç, hanmsısa ananın göz yaşlarına dözə bilmərəm qardaş. Bağışla məni Lənkəran. Bir "Neftçi"liyə qarşı əl qaldıra bilmərəm. "Neftçi"li olsa belə.Əvəl danışdılarım şüursuzcasına idi. XL-ə evgim sonsuzdu".