"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik Belçika klubu "Mons"a keçidi gündəmdə idi. Ancaq təcrübəli çalışdırıcı bu klubdan gələn rəsmi təklifdən imtina edib.
Bu barədə Belçika mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Rednik daha iddialı klublarda işləmək istədiyi üçün bu təklifə "yox" deyib.