Birazdan başlayacaq "Xəzər Lənkəran" – "Bakı" oyununa yerli fanatlar maraq göstərmir.
İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, oyuna cəmi 2000 bilet satılıb.
Komandanın yeni mövsümün startından bu yana göstərdiyi uğursuz nəticələr və biletin qiymətinin 1 manatdan 2 manata qaldırılması bugünkü oyunda öz sözünü deyə bilər.
Məhz bunun məntiqi nəticəsi kimi demək olar ki, "Bakı" ilə oyunda "Fırtınalar meydanı" dolmayacaq.