XXV turun “Rəvan” – “Xəzər Lənkəran” matçı hər mənada dramatik alındı.
İdmanxeber.com-un məlumatına görə, ümumilikdə 90 dəqiqə boyu maraqlı mübarizə, gülüş doğuracaq məqamlar çox idi. Elə bu məqamlardan biri əməkdaşımızın gözündən yayınmayıb. Belə ki, “Xəzər Lənkəran”ın zədəli futbolçusu Deyvid Sakkoni tribunadan matçı izləyə-izləyə yuxuya dalmışdı. Braziliyalı yarımmüdafiəçi 90 dəqiqənin demək olar azı 30 dəqiqəsini yatmaqla keçirtdi. Yəqin komandasının göstərdiyi oyun Sakkonini yatmağa sövq etmişdi.
Maraqlıdır, bu səs-küydə yatmağa fürsət tapan Sakkoni yuxuda görəsən nə görürdü?