Premyer Liqada noyabr ayının ən yaxşı qolunun müəllifinin adına aydınlıq gəlib. "Xəzər Lənkəran"ın futbolçusu Elnur Abdullayev 2308 səslə ayın ən yaxşı qolunun müəllifi seçilib. Noyabr ayının ən yaxşı futbolçusunun isə adı hələlik bilinmir.
Məlumat üçün deyək ki, dekabrın 13-də Premyer Liqanın ən yaxşı oyunçusunun və qolunun müəllifinin təqdimat mərasimi təşkil olunacaq. Mərasim "Four Seasons" otelində keçiriləcək.
1. | Elnur Abdullayev | Xəzər Lənkəran | 2308 səs, 45% |
2. | Risto Ristoviç | Bakı | 2037 səs, 40% |
3. | Marinaldo Silva | Qarabağ | 328 səs, 6% |
4. | Leonardo da Silva | Qəbələ | 270 səs, 5% |
5. | Stepan Polyak | Simurq | 144 səs, 3% |