"Xəzər Lənkəran"dan ayrılan Adrian Skarlatakenin yeni komandası müəyyənləşib.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, rumıniyalı müdafiəçi karyerasını Bakının "İnter" klubunda davam etdirəcək.
Skarlatake ilə 6 aylıq müqavilə imzalanıb. Hazırda fərdi məşq edən futbolçu 24-də yeni komandasına qoşulacaq.
Qeyd edək ki, Skarla 2011-ci ildən Lənkəran təmsilçisində çıxış edirdi.