İdman

“Xəzər” Premyer Liqadan “qopan” futbolçuları bir-bir transfer edir – FOTO

Premyer Liqadan ayrılan futbolçularla müqavilə bağlayan I Divizion təmsilçisi “Xəzər” növbəti transferini həyata keçirib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu “Kəpəz”in digər oyunçusunu da sıralarına qatıb. Söhbət Novruz Məmmədovdan gedir. “Xəzər” qış fasiləsində buna qədər Tanrıverdi Məhərrəmli (“Səbail”), Ramil Həsənov (“Qəbələ”), Aydın Qasımov (“Kəpəz”) və Bəxtiyar Soltanovu (“Binə”) heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43