İdman

“Xəzər” transferə doymur: Bu dəfə “Qəbələ”nin oyunçusu

Birinci divizion təmilçisi “Xəzər” qış fasiləsində daha bir transfer gerçəkləşdirib.

İdmanxeber.com-un klubun rəsmi “feysbuk” səhifəsinə istinadən verdiyi xəbərə görə, Ramil Həsənov “Qəbələ”dən mövsümün sonuna qədər icarəyə götürülüb. 21 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında “Sumqayıt”da keçirib.

Xatırladaq ki, Həsənov 21 yaşlılardan ibarət yığma komandanın heyətində də yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43