Fransada keçirilən Avropa çempionatında xoşagəlməz hadisə yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, Xorvatiya – Çexiya oyununda birincilərin azarkeşləri meydana kənar əşyalar atıb.
Stadion işçilərindən biri xəsarət alıb. Xorvat futbolçular azarkeşlərini sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib. Bir qədər fasilədən sonra oyun davam edib