Ölkə futbolu

Xorvatiya millisinin sabiq üzvü “Sabah”da

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu Xorvatiyanın “Slaven Belupo” klubundan transfer edilib. İvan futbolçu karyerası ərzində Xorvatiyanın “Rieka” (2018-2023), həmçinin icarə əsasında bu ölkənin “Zadar” (2018/19), Almaniyanın “Arminiya” (2022/23) klublarında çıxış edib.

Lepinitsa 2023-cü ildə “Rieka”dan “Slaven Belupo”ya keçib. Futbolçu Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub. İvan “Sabah”da 13 nömrəli formada çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43