“Avro-2016″nın seçmə mərhələsində Xorvatiya millisinin müdafiəçisi Dario Srna Azərbaycanla matç haqqında danışıb.
İdmanxeber.com-un məlumatına görə, ölkəsinin mətbuatına açıqlamasında futbolçu bu fikirləri söyləyib:
“Malta ilə görüşdə yaxşı oynamadıq. Ancaq əsas 3 xal qazanmaq idi ki, bunu da bacardıq. Komandaya xeyli gənc futbolçular cəlb olunub. Təcrübəli futbolçu kimi onlara dəstək olmalıyam .Şaxtyor”dakı ukraynalı komanda yoldaşlarım Bolqarıstana qarşı oynayıblar. Onlar bolqarların çox sürətli və yaxşı oynadıqlarını dedilər. Bu mənada bizi çətin səfər gözləyir. Daha sonra evdə Azərbaycanla qarşılaşacağıq. Hər iki oyunda qələbə qazansaq, “Avro-2016″nın final mərhələsinə getmək yolunda böyük iş görmüş olacağıq”.