Milli komanda

Xorvatiya və İtaliyanın nümayəndəsi millimizin oyunu izləyəcək

“Avro-2016″nın seçmə mərhələsində noyabrın 16-ı, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Norveç oyununu millimizin mübarizə apardığı H qrupundakı digər komandaların da nümayəndələri izləyəcək.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Xorvatiyadan Andrey Panandis və İtaliyadan Françesko Rossa noyabrın 16-da stadionda olacaqlar.

Qeyd edək ki, Azərbaycan – Norveç noyabrın 16-ı, saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43