Xorvatiya millisinin yarımmüdafiəçisi Nikola Vlaşiç üçün Avro-2024 başa çatıb.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb oyunçunun zədələnməsi olub. Futbolçu bu səbəbdən İspaniya ilə qrup mərhələsinin ilk oyununu qaçırmışdı.
Durumu ciddi olan Vlaşiç digər görüşlərdə də meydana çıxa bilməyəcək. O, millinin düşərgəsini tərk edib.