22 Oktyabr 2024
Kateqoriyasız

Xorvatiyalı qapıçı rəsmən “Neftçi”də

“Neftçi” daha bir futbolçu ilə heyətini gücləndirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “ağ qaralar” xorvatiyalı qapıçı Krşevan Santini ilə müqavilə bağlayıb.

Peşəkar karyerasına Xorvatiyanın “Zadar” klubunda başlamış qapıçı daha sonra “Seqesta”, “Moslavina”, “İnter” (Zapreşiç) kimi klubların formasını geyinib. 2013-2015-cı illərdə Ukraynada legioner həyatı yaşamış qapıçı “Zarya” klubunun şərəfini qoruyub. Krşevan Santini son olaraq Kiprin “Enosis” klubunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43