Dünya futbolu

“Xorvatiyanın Azərbaycanı çətinliklə məğlub etdiyini gördüm” – Prosineçki

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda evdə Ermənistanla oyunöncəsi mətbuat konfransı keçirib. O, millimizin Xorvatiya ilə oyunundan da danışıb:

“Millətlər Liqası sayəsində özünəinamı qazandığımızı düşünürəm. Komandada yaxşı mühit var. Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.  Asan oyun yoxdur. Qazaxıstanın Şotlandiyaya qalib gəldiyini, Xorvatiyanın Azərbaycanı çətinliklə məğlub etdiyini  gördüm”.

Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43