AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin yer aldığı H qrupunda çıxış edəcək Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç rəqibləri barədə fikir bildirib.
İdmaxeber.com-un məlumatına görə, çalışdırıcı millimizi qeyri-münasib rəqib adlandırıb:
"Biz heç də adi olmayan tsikl gözləyir. İtaliyalılar sonuncu DÇ-də oynayıblar, bolqarlar pley-offun bir addımlığında dayanıblar, Norveçin yenilənmiş komandası var, Azərbaycan kifayət qədər qeyri-münasib rəqibdi. Amma bütün bunlara baxmayaraq, hədəfimiz AÇ-nin final mərhələsinə vəsiqə qazanmaqdı. Gələcəyə nikbin yanaşırıq. Kəşfiyyatçılarımız rəqib komandaların oyunlarını izləyiblər. Ümid edirəm ki, komandadakı gənc və təcrübəli futbolçuların sintezindən düzgün yararlanıb istəyimizə çata biləcəyik".