AÇ-2020-nin seçmə mərhələsində ilk oyununu evdə Azərbaycan yığmasına qarşı keçirəcək Xorvatiya millisində itkilər var.
İdmanxeber.az-ın məlumatına görə, komandanın sağ cinah müdafiəçisi Şime Vrsalko dizindən əməliyyat ediləcək. 27 yaşlı futbolçu 6 ay oynamayacaq.
Xorvatiya millisində Yosip Pivariç, Antonio Miliç, Matey Mitroviç, Due Çaleta-Çar zədəli, Deyan Lovren isə cəzalıdır.
Xorvatiya – Azərbaycan oyunu martın 21-də Zaqrebdə yerləşən “Maksimir” stadionunda keçiriləcək.