Kateqoriyasız

Xudiyev Avroliqanın oyununa təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Rusiyanın “Spartak” (Moskva) və İngiltərənin “Lester” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyununda iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 20-də Rusiyanın paytaxtı Moskvada oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43