”Real” ötən gecə “Sevilya”nı minimal hesabla məğlub edib – 1:0.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanın 80-ci dəqiqəsində Arda Güler meydana daxil olmağa hazırlaşırdı. Lakin həmin anda Modriçin qolu vurması Karlo Ançelotti planlanlarını dəyişdirib. İtaliyalı mütəxəssis türkiyəli oyunçunu geri çağırıb və bir daha oyuna daxil etməyib.
Oyundan sonra Ançelotti bunları deyib:
”Modriçin qolundan əvvəl bir düşüncəm varıydı, qoldan sonra isə fikrim dəyişdi”.
“Yəqin ki, Arda məni başa düşdü. Düşməsə də heç nə olmaz, nəsə açıqlamağıma ehtiyac yoxdu”.