İdman

“Yagelloniya”nın baş məşqçisi: “Meydanda nə etmək istədik, hamısı alındı”

“İlk hissədəki çıxışımız çox ürəyimcə oldu. Nəticə bir yana, meydanda nə etmək istəyirdiksə, hamsı alındı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri yoxlama matçında “Kəpəz”ə 8:1 hesabı ilə qalib gələn “Yagelloniya” klubunun baş məşqçisi İreniuş Mamrot deyib. Klubun rəsmi saytına danışan çalışdırıcı qalib gəldikləri üçün sevincli olduqlarını dilə gətirib: “

 “İkinci hissədə müəyyən çatışmazlıqlar oldu. Buna rəğmən yenə topa daha çox  biz yiyələnirdik. Ancaq birinci hissədəki kimi, üstün futbol sərgiləmədik. Çox az təhlükəli hücumlar etdik. Rəqib isə iki dəfə bizə həyəcan yaşatdı və son dəqiqələrdə qol vurdu. Bu səhvə yol verməməli idik. Ümumilikdə isə oyun ürəyimcə oldu. Əvvəlki yoxlama matçları ilə müqayisədə bu dəfə bizim üçün daha asan oldu. Qarşıdakı iki oyunda daha güclü rəqiblərlə üz-üzə gələcəyik. Hər şeyi həmin matçlarda daha yaxşı görəcəyik. Məncə, oyunumuzun səviyyəsi getdikcə yüksələcək”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43