22 Oktyabr 2024
Kateqoriyasız

Yalnız bu 3 klub Neymarı ala bilər – Təklif göndərildi

“Barselona”nın futbolçusu Neymarın meneceri Vaqner Riberio müştərisinin yekun transfer qiymətini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli iş adamı “sambaçı”nın qiymətinin 190 milyon avro olduğunu deyib.

Onun sözlərinə görə, Neymar yalnız üç kluba – PSJ, “Mançester Yunayted” və “Real Madrid”ə gedə bilər. Səbəb isə onun qiymətini bu üç nəhəngin qarşılaya bilməsidi. Vaqner:

“Dünyada Neymarın qiymətini qarşılaya biləcək sadəcə üç komanda var. Bundan çoxunu deyə bilməyəcəm, çünki bunlar gizli informasiyalardı. Sadəcə, onu da deyim ki, müştərim “Barselona”da çox xoşbəxtdi”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43