“Barselona” İspaniya çempionatının 24-cü turunun matçında “Rayo Valyekano”ya qalib gəlib (1:0).
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubunun yarımmüdafiəçisi Lamin Yamal üçün bu görüş əlamətdar olub. O, 100-cü maçtına çıxıb. 17 yaşlı ispaniyalının aktivində 21 qol və 30 məhsuldar ötürmə var.
Bu mövsüm Yamal 32 oyun keçirib, 11 qol vurub və 15 məhsuldar ötürmə edib.