“Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamal bu yay Kataloniya klubu ilə müqaviləsini uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, sözləşmənin müddəti 2030-cu ilə qədər davam edəcək. Tərəflər yaxın vaxtda danışıqlara başlayacaq.
Lamin bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 11 qol vurub və 16 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt”ın məlumatına görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.