31 Yanvar 2023
Dünya futbolu

Xorvatiyaya və Braziliya 1/4 finalda! – YENİLƏNİB

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda Yaponiya Xorvatiya ilə qarşılaşıb. Bu matçın əsas və əlavə vaxtında qalib müəyyənləşəyib. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada isə xorvatlar dəqiq oynayıb.

Digər matçda Braziliya yığması Cənubi Koreya ilə üz-üzə gəlib. Görüş “sambaçılar”ın qələbəsiylə başa çatıb – 4:1.

Adını 1/4 finala yazdıran Braziliya bu raundda Xorvatiya ilə qarşılaşacaq.

Dünya çempionatı

1/8 final mərhələsi

5 dekabr

19:00. Yaponiya – Xorvatiya – 1:1 (penaltilər 1:3)
Qollar:
 D.Maeda, 44 – İ.Perişiç, 55

23:00. Braziliya – Cənubi Koreya – 4:1
Qollar: 
V.Junior, 7, Neymar, 13 (penalti), Rişarlison, 28, L.Paketa, 36 – P.Syunq Ho, 78


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda ?

admin

Beyl 3 həftə oynamayacaq

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda ?

admin