Dünya futbolu

Yaponiyalı futbolçu Almaniya nəhəngi ilə anlaşdı

“Bavariya” müdafiəçi Hiroki İtonun transferi ilə bağlı “Ştutqart”la razılığa gəlib

İdmanxeber.az-ın məlumatına görə, 30 milyon avro ödəyəcək və 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayacaq.

Ötən mövsüm İto komandasının heyətində 29 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatırdı. “Transfermarkt” portalı yapon futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43