“Xəzər Lənkəran”da “yarpaq tökümü” davam edir.
İdmanxeber.com-un məlumatına görə, Rauf Əliyev, Əfran İsmayılov və Elnur Abdullayevin ardından müdafiəçi Tyeqo da komandadan ayrılır.
Digərlərindən fərqli Tyeqonu rəhbərlik heyətdə görmək istəmir. Məhz buna görə də, braziliyalı futbolçu böyük ehtimalla komandadan ayrılacaq.
Tyeqodan başqa Qabrielin də komandadan getmə ehtimalı yüksəkdi.