Müsahibə

Yaşar Seyidov: “Hafiz Məmmədov hazırda AFFA prezidenti Rövnəq Abdullayevlə görüşür” (MÜSAHİBƏ)

Bu gün Bakı klubunun bazasında mətbuat nümayəndələri ilə görüş keçirilib.

İdmanxeber.com-un məlumatına görə, tədbirdə  jurnalistlər milli mətbuat günü münasibeti ilə təbrik edilib, həm də klubda baş verən son hadisələrə aydınlıq gətirilib. Kulubun vitse prezidenti Yaşar Seyidov komanda barəsində məlumat verib.

“Kulubun prezidenti Hafiz Məmmədov hazırda AFFA prezidenti Rövnəq Abdullayevlə iş görüşməsindədir. Bu görüşdə məlum olacaq ki, biz Premyer Liqada cıxış edirik, yoxsa I Divizionda. Reqlamentə uyğun olaraq biz ötən çempionatın sonunda aşağı dəstəyə düşdük. Ama futbolumuzun inkişafı naminə “Bakı” kulubu Premyer Liqada çıxış etməlidir. Bəzi mətbuat orqanlarının yazdıqlarının əksinə olaraq bizim kulub dağılmayıb. Mən sizə sənədlərlə sübut edərəm ki, komandamızın bütün yaş növlərində qruplarımız var.

– Hafiz müəllim hazırda AFFA rəhbərliyi ilə görüşdədir?

– Bəli. Hazırda bu görüş baş tutur. Rövnəq müəllim Bakının Premyer Liqada çıxış etməsi üçün icazə verməlidi.

– Buna kimi komandaya AFFA-dan yardım olub?

– İki gündən sonra “Bakı” kulubunun stadionlarının yenidən qurulmasına başlanılacaq. 4 ildi bu stadionlar və məşq meydançaları hazırlanır. Azərbaycanda 17 yaşlı qızların dünya çempionatının keçirilməsi sual altında idi. Əgər stadion olmasaydı, cempionat Macarıstana veriləcəkdi. Hər şey hazır idi, ancaq qazonlar yox idi. UEFA və FİFA rəhbərlikləri işə qarışandan sonra Hollandiyan “Barselona” üçün hazırlanan qazonlar Bakıya gətirildi. Məhz FİFA-nın işə qarışmasından sonra 35 tır yüklü qazon Hollandiyadan birbaşa Bakıya gətirildi və heç bir gömrük məntəqəsində dayanmadan. Sonra qazonlar 1 həftəyə yerə sərildi.

– Komandanın stadionları hazırlanması üçün nə qədər vəsait lazımdı?

– Biz kommersiya işləri həyata keçirmirik. Sadəcə onu deyə bilərəm ki, bi məşq meydançasının əla vəziyyətdə saxlanması üçün aylıq 12 min manata yaxın, daha doğrusu 11.500 manat vəsait lazımdır.

– Baş verənlər “Bakı” kulubunu neçə il geri saldı?

– Heç bir kulubun “Qəbələ” və “Bakı” üçün belə bazası yoxdur. Biz futbolumuzun inkişafını düşünməsəydik 1-2 təbii və süni meydança hazırlayıb işlərimizi yola verərdik.

– “Rəvan” da lisenziya verilməmişdi. “Revan”da olan nə “Bakı”da yoxdu axı?

– Bizim yalnız bir kriteriyada çatışmazlığımız oldu. Dövlət sosial müdafiə fondu və vergilərə borcumuz olduğu üçün bizə lisenziya verilməmişdi.

– AFFA rəhbərliyi tərəfindən “Bakı”ya da diqqət var?

– Rövnəq müəllim əvvəldə kulubumuzun bazasına dəfələrlə gəlib. “Bakı” kulubu “Bakı 2020” və 2017-ci ildə keçiriləcək 17 yaşlıların dünya çempionatına hazır olacaq.

– “Bakı”da komeriya xarakterli nələr nəzərdə tutulur?

– Biz planlaşdırmışıq ki, yaxın günlərdə Bakıda “Bakı” klubunun iştirakı iə “Atletiko” və “Lans” futbol məktəblərinin uşaq yaş qruplu komandaları yaradılacaq. Bura isə “Lans” və “Atletiko”dan gələn mütəxəssislər rəhbərlik edəcək və məşq keçəcəklər. Hətta bu klubların ulduz oyunçuları da məşqlərdə iştirak edəcəklər. Bu layihəyə isə “Bakı” klubunun keşmiş baş məşqçisi Milinko Pantiç rəhbərlik edəcək.

– Gözləmək olar ki, “Bakı” Premyer Liqada çıxış edərsə Pantiç də elə komandaya baş məşqçi gətirilsin?

– Hər şey ola bilər. Hətta komandaya yeni futbolçularda danışmışıq. Hər şey “Bakı”nın Premyer Liqada çıxış edib etməməsinə aydınlıq gəldikdən sonra bilinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43