“Qarabağ”ın futbolçusu Yassin Benzia klubdan ayrılıb-ayrılmayacağı iddialarına aydınlıq gətirib.
İdmanxeber.az-ın məlumatına görə, əlcəzairli yarımmüdafiəçi “Neftçi” matçının ardından bu barədə danışıb. O, Qətər klubundan təklif alıb-almadığı barədəki suala belə cavab verib:
“Bu barədə heç bir fikrim yoxdur. Hazırda “Qarabağ”la danışıqlar aparırıq. Görək necə olacaq. Buranı çox bəyənirəm. Baş məşqçi mənə güvənir, mən də ona. Gələcəkdə nə baş verəcəyini görəcəyik”.