Ölkə futbolu

“Yaxşı bir nəticə ilə dönmək istəyirik” – Qurban Qurbanov

“Hazırlığımız pis keçməyib. Hər şey qaydasındadı. Sabah oyun günü son məşqimizi edəcəyik. Gözlətinlərimiz yaxşı bir nəticə ilə dönməkdir. Ümid edirəm ki, alınar. Rəqib də bizimlə eyni fikirdədir. Onların da qrupdan çxımaq şansı var”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Molde” oyunu öncəsi hava limanında jurnalistlərə açıqlamasın zamanı deyib. O, daha sonra belə davam edib:

“Çox istərdim ki, səfərdə də dominant oyun sərgiləyək. Amma rəqib evdə oynayır, meydança sünidir və azarkeş amili də var. Yenə də öz oyunumuzda əl çəkmək istəmirik. Nə qədər bacaracağımızı matç günü görəcəyik”.

“Molde” – “Qarabağ” qarşılaşması sabah saat 00:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43