“Bura böyük nikbinliklə gəlmişəm. Komandada işlərimin daha yaxşı olmasını istəyirəm. Çempion komandaya gəldiyimin fərqindəyəm. Hələlik yaxşı dönəmdə deyilik. Lakin qollar vurduğum üçün xoşbəxtəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Roman Maçado Braziliya mətbuatına açıqlamasında deyib.
O, daha sonra sözlərinə belə davam edib:
“Turnir cədvəlində istədiyimiz yerdə olmasaq da, yenidən liderliyə yüksəlmək niyyətindəyik. Komandanın irəliləməsi və çempionluq uğrunda mübarizə aparması üçün daha çox qol vurmaq istəyirəm”.