08 Avqust 2022
Kateqoriyasız

Yenə qonaqlar – ardıcıl 7-ci mövsüm

Misli Premyer Liqasında 2022/23 mövsümünün ilk qolu vurulub.

İdmamxeber.az xəbər verir ki, bu top I turun bu gün keçirilən oyununa təsadüf edibş

Mövsümün “Dalğa Arena”da keçirilən açılış oyununda “Zirə”nin futbolçusu Mohamed Hamdaui əlamətdar topun müəllifi kimi tarixə düşüb. O, “Kəpəz” – “Zirə” görüşünün 32-ci dəqiqəsində fərqlənib.

Bununla da ardıcıl 7-ci mövsümdə ilk qolu qonaq komanda vurub. Ardıcıl ikinci mövsümdə ilk qolu legioner vurub.

Azərbaycan çempionatlarında sonuncu qol 76 gün öncə – mayın 21-də vurulub. Həmin qola “Qarabağ”la səfər matçının (1:4) 71-ci dəqiqəsində “Neftçi”nin braziliyalı hücumçusu Ramon Maçado imza atıb. Həmin görüşdən sonra 75 günlük mövsümlərarası fasilə yaranıb.

Azərbaycan çempionatlarının ilk qolları

1 2 3 4 5 6 7 8
1992 03.05.1992 Mehman Alışanov Qarabağ İnşaatçı S 1:2 e 4
1993 27.02.1993 Mehman Baxışov Kür Avey 2:0 e 6
1993/94 25.09.1993 Nazim Əliyev Xəzər S Xəzri 3:1 e 3
1994/95* 07.08.1994 Mehman İbrahimov Pambıqçı N İnşaatçı B 1:0 e 25
    Məmməd İbrahimov Pambıqçı B Xəzər L 1:1 e 25
1995/96** 30.07.1995            
1996/97 18.09.1996 Qurban Qurbanov Neftçi Fərid 3:0 s 5
1997/98 14.09.1997 Təbriz Həsənov Qarabağ Sumqayıt 1:0 e 8
1998/99 15.08.1998 İsmayıl Məmmədov Kimyaçı Neftqaz 8:3 e 4
1999/2000* 29.10.1999 Aqil Məmmədov Kimyaçı OİK 2:0 e 15
    Mahir Əliyev Şəmkir Dinamo 2:0 e 15
2000/01 05.08.2000 Təbriz Həsənov Qarabağ Araz 1:0 e 1
2001/02 18.08.2001 Qurban Qurbanov Neftçi Ümid 4:0 s 13
2003/04 17.05.2003 Dmitri Kudinov Qarabağ-Azərsun Şahdağ-Samur 5:0 e 17
2004/05 07.08.2004 Aqil Məmmədov Qarabağ Şəfa 5:1 s 21
2005/06 12.08.2005 Junivan Suares Turan Qarabağ 2:1 e 14
2006/07 05.08.2006 Andre Ladaqa Bakı Olimpik 1:0 e 70
2007/08 11.08.2007 Xaqani Məmmədov İnter Masallı 3:0 e 34
2008/09 09.08.2008 Kənan Kərimov Qəbələ NBC 4:1 e 4
2009/10 14.08.2009 Oleq Qvelisiani Standard Muğan 0:1 s 53 (öz qapısına)
2010/11 07.08.2010 Baçana Sxadadze Simurq Gəncə 1:1 s 73
2011/12 06.08.2011 Con Pelu Rəvan Kəpəz 2:3 s 38
2012/13 04.08.2012 İrakli Beraya Kəpəz Turan 1:2 e 10
2013/14 02.08.2013 Mindauqas Kalonas Bakı Qəbələ 1:2 e 12
2014/15 09.08.2014 Rauf Əliyev Xəzər Lənkəran AZAL 1:1 s 35
2015/16 09.08.2015 Viktor İqbekoyi Zirə AZAL 1:0 e 5
2016/17 06.08.2016 Elvin Bədəlov Neftçi AZAL 2:0 s 60
2017/18 11.08.2017 Mahir Mədətov Qarabağ Neftçi 3:1 s 15
2018/19 11.08.2018 Mirabdulla Abbasov Neftçi Sumqayıt 2:0 s 27
2019/20 16.08.2019 İsmayıl İbrahimli Qarabağ Keşlə 1:0 s 78
2020/21 21.08.2020 Azər Salahlı Keşlə Sumqayıt 1:0 s 90+3
2021/22 14.08.2021 Yurgen Qoxa Səbail Sabah  0:1 s 30
2022/23 05.08.2022 Mohamed Hamdaui Zirə Kəpəz   s 32

1 – mövsüm, 2 – tarix, 3 – ilk qolun müəllifi, 4 – komandası, 5 – rəqib, 6 – hesab, 7 – meydan, 8 – dəqiqə.
* – iki futbolçu eyni vaxtda qol vurub.
** – həmin mövsüm qolların dəqiqələri qeyd olunmadığından ilk qolu müəyyənləşdirmək mümkün deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

Daha bir boksçumuz Tokio-2020-yə lisenziya qazandı

admin

“Sabah” ilk dəfə “Neftçi”ni məğlub etdi

admin