Azərbaycan II Liqa klubu “Şəfa”nın yeni baş məşqçisi açıqlanıb. Elgiz Kərimli bu posta təyin edilib. Onunla 6 ay +1 illik şərtilə sözləşmə bağlanıb.
Mövsümün ilk yarısını ikinci pillədə tamamlayan komandada hədəf çempionluqdu. Rəhbərlik yeni baş məşqçilə məqsədlərinə çatacaqlarına inanır.
Bu barədə “Şəfa”nın prezidenti Sərdar Salmanzadə İdmanxeber.az saytına açıqlama verib:
“Biz lider “Şahdağ Qusar”dan 5 xal geri qalırıq. Əsas rəqibimizə məğlub olmağımız düşünürəm ki, təcrübəsizliyimizdən irəli gəldi. Lakin ikinci dövrəyə daha iddialı başlamaq istəyirik. Yeni baş məşqçimiz Elgiz Kərimli ilə də bu barədə danışığımız olub. Qarşısına 13 oyunda 13 qələbə məqsədi qoyulub. Klub olaraq da, şirkət olaraq da bu qələbələr üçün bizdən tələb olunan hər şeyi verməyə hazırıq”.