Türkiyənin “Kocelispor” klubundan ayrılan Ramil Şeydayevin karyerasını “Neftçi”də davam etdirəcəyi dəqiqləşib.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı hücumçu “ağ-qaralar”la bütün məsələlərdə anlaşıb. Şeydayevlə bağlanacaq müqavilənin müddəti 2+1 illik olacaq.
Futbolçu bu gün “Neftçi”nin düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Bakı klubu hazırda Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışındadı.