18 Oktyabr 2024
Ölkə futbolu

Yeni transferi “Kəpəz”ə qoşuldu!

“Kəpəz”in yeni transferi Lassan Ndiaye Azərbaycana gəlib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu artıq komandanın hazırlıqlarını davam etdirdiyi Gəncə şəhərindədi. Malili oyunçu sabah kollektivlə məşqlərə qoşulacaq.

Qeyd edək ki, 23 yaşlı hücumçu karyerasına ölkəsinin “Quidars” klubunda başlayıb. Daha sonra o, Rusiyanın ÇSKA, “Veles”, İsveçin “Eskilstuna”, Bolqarıstanın “Arda” kimi klublarında çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43