Ölkə futbolu

Yeni transferlə müqavilənin detalları açıqlandı

“Neftçi” yeni transferi Mateus Saldanya ilə müqavilənin detallarını açıqlayıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu 1 il müddətinə icarəyə götürülüb. 24 yaşlı forvard yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Yaponiyanın “JEF Yunayted Çiba” klubuna məxsus olan Saldanya bunadək ölkəsinin “Bahia” (2020-2022) və icarə əsasında Çinin “Çendu Sinçen” klublarında (2022) çıxış edib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Höccət Haqverdini və yarımmüdafiəçi Kilan Lebonu transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43