Dünya futbolu

“Yerli İbrahimoviç” “Qalatasaray”da!

“Qalatasaray” növbəti transferini reallaşdırıb.

Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, “cim-bom” “Bursaspor”un gənc futbolçusu Oğulcan Çağlayanı heyətinə qatıb. “Sarı-qırmızılılar”17 yaşlı hücumçuya görə, qarşı tərəfə 300 min avro ödəyəcək. Müqavilənin şərtləri və müddəti barədə məlumat verilmir.

Qeyd edək ki, sözügedən futbolçu “Yerli İbrahimoviç” ləqəbi ilə tanınır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43