17 yaşadək qızlar arasında Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil edilən UEFA-nın İnkişaf Turniri çərçivəsində yığmamız üçüncü oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, komandamız son görüşündə Bolqarıstanla qarşılaşıb.
Matç 4:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Bununla da, yığmamız turnirdə çıxışı başa vurub.
Qeyd edək ki, ilk görüşündə Moldovaya 1:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci matçında Latviyaya 3:0 hesabı ilə qalib gəlib.