Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
“Kundu Spor” komandası ilə qarşılaşan yığmamız böyükhesablı qələbə qazanıb – 8:0. Qara Qarayev və Səid İbadov dubl edib. Hərəyə 1 dəfə Zaur Əzizov, Murtuzəli Abakarov, Famil Camalov və Oruc İsmayılov fərqlənib.
20 yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub. Yığmamızın üzvləri, eləcə də qarşılaşmanı idarə edən Elvin Əsgərovun rəhbəlik etdiyi hakimlər briqadası meydana qara sarğı ilə çıxıb.
|