Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının məşq cədvəlində dəyişiklik edilib.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, millinin avqustun 19-da, saat 10:15-də keçirilməli olan məşqi ləğv olunub. Avqustun 19-da, saat 17:30-da, “Sheraton Baku Airport Hotel”in “Çinar-3” zalında Azərbaycan milli komandasının mətbuat konfransı, saat 18:15-də isə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda mətbuat üçün açıq məşqi keçiriləcək.