Dünya futbolu Milli komanda

Yığmamız Çexiya, Norveç və San Marino ilə eyni qrupda

Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, püşkün nəticəsinə əsasən, yığmamız Çexiya, Norveç və San Marino komandaları ilə 7-ci qrupda mübarizə aparacaq.

Qeyd edək ki, bu qrupun oyunları 2019-cu il oktyabrın 9-dan 15-dək Çexiyada təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43